İtaliya A Seriyası klubu "Yuventus" Ronaldo da daxil olmaqla bəzi futbolçularını prokurorluğa şikayət edəcək.
Offsideplus.az xəbər verir ki, Kriştianu Ronaldu, Paulo Dibala, Xuan Kuadrado, Danilo Luis da Silva və Rodriqo Bentankur koronavirusla bağlı karantin qaydalarını pozublar. Bu səbəbdən klub rəhbərliyi məsələ ilə bağlı səlahiyyətli orqanlara məlumat verəcəyini və bu oyunçuları məhkəməyə şikayət edəcəyini qeyd edib.
Oyunçuların milli komandalara yollanmaq üçün xüsusi oteldə təcrid olunarkən test nəticələrini gözləmədən otağı tərk etdikləri bildirilir.