Napoli-nin baş məşqçisi Karlo Ançelotti komandasını Çempionlar Liqasının (ÇL) II turunda Liverpool-u ilə matça qeyri-adi formada motivasiya edib.

Offsideplus.az xəbər verir ki, 59 yaşlı italiyalı mütəxəssis evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl futbolçulara Napoli-nin Liverpool ilə görüşün autsayderi olmasına dair yazılı mətbuatdan bir neçə başlıq və televiziyalarda yayımlanan sujetlər göstərib.

Baş məşqçi bundan sonra üzünü futbolçulara tutaraq belə söyləyib: “Buna nə deyirsiniz? Biz çıxaq və Liverpool-a xoşagəlməz sürpriz edək?”

Qeyd edək ki, Napoli ÇL-də 4 xalla C qrupunun lideridir. (report)