Bu gün "Qarabağ"ın Çempionlar Liqasının III Təsnifat mərhələsindəki rəqibi bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də "Dinamo" (Minsk) evdə "Ludoqorets"i (Bolqarıstan) qəbul edəcək. İlk oyunda Bolqarıstan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a Bakıda 5:0 hesabla (ümumi: 7:0) qalib gələrək, mərhələ adlayıb. Bu raundun oyunları 6-7 və 13 avqust tarixlərində baş tutacaq.