Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bildirilir ki, görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək. Baş hakim Yakob Sandberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Daha əvvəl matçda ukraynalı hakimlər təyinat almışdı. Oyun iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.