Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsini püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibləri müəyyənlaşəcək.
Belə ki, Ağdam təmsilçisi "Linkoln" səddini keçəcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus), APOEL (Kipr) – “Petrokub” (Moldova), “Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Çexiya) cütlərindən birinə rəqib olacaq.
"Atlılar" məğlub olsalar, Avropa Liqasında aşağıdakı cütlərdən birinin qalibi ilə qarşılaşacaq:
APOEL (Kipr) - “Petrokub” (Moldova)
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus)
“Panevejis” (Litva) - “Yagelloniya” (Polşa)
Tədbir 14:00-da başlayacaq.