AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. E.Məmmədov Çempionlar Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” (Ukrayna) – “Şturm Qrats” (Avstriya) oyununu izləyib.

O, Polşanın Lodz şəhərindəki “Wladyslaw Krol” stadionunda keçirilmiş matçda VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyasına rəhbərlik edib.