"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının yarımfinalında "Vilyarreal"a qalib gəldikləri oyundan sonra danışıb.

Offsideplus.az xəbər verir ki, misirli ulduz bunları deyib.

"Finalda yenidən "Real"la qarşılaşmaq istəyirəm. Onlar bizi bir dəfə məğlub ediblər. Paltardəyişmə otağında hamı çox xoşbət idi. Sabahdan bütün diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik. Komanda üçün hər şey edirəm. Artıq bir kubokumuz var. Qarşıdakı iki finalımız olacaq. Mövsümün sonunda nə istədiyimi bilirəm".

 

 Qeyd edək ki, "Liverpul" "Vilyarreal"la ilk görüşdə 2:0, cavab matçında isə 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Mersisayd təmsilçisinin finaldakı rəqibi "Real" - "Mançester Siti" cütünün qalibi olacaq.