Çempionlar Liqasının final matçı Portuqaliyanın Portu şəhərinə keçiriləcək.
Offsideplus.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirilib.
Daha əvvəl həlledici oyunu Londondakı "Uembli" stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.
Lakin Türkiyə koronavirusa görə "qırmızı zona"ya düşdüyündən proses baş tutmayacaq.
Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.