"Çelsi" klubunun UEFA Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə ilk oyun üçün iştirak ərizəsi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Tomas Tuxel heyətə 23 futbolçu daxil edib.

Heyəti sizə təqdim edirik:

Kepa Arrizabalaqa, Toni Rudiqer, Markos Alonso, Andrea Kristensen, Jorjinyo, Tiaqo Silva, Nqolo Kante, Tammi Abraham, Kristian Pulişiç, Timo Verner, Vilfredo Kabalyero, Kurt Zouma, Edouard Mendi, Mateo Kovaçiç, Olivye Jiru, Mason Mount, Kalllum Hudson-Odoi, Ben Çilvell, Hakim Zieş, Ris Ceyms, Sesar Aspilikueta, Kay Havert, Emerson Palmieri

Qeyd edək ki, sabah Sevilyada keçiriləcək "Portu" - "Çelsi" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.