"Onlara iki qolu hədiyyə etdik.

Bizim isə önəmli qol epizodlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Şanslı deyildik. Robben və Boatenqin zədələnməsi çox pis oldu. Yenə də ümidimiz itirmirik, çünki hələ qarşıda 90 dəqiqə var".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında "Real"a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

Haynkes komandanın heyətində ən fəallardan olan Riberi haqda belə danışıb:

"Onun 35 yaşı var, amma mükəmməl performans ortaya qoydu. Peşəkarlığını hər zaman qoruyur və çalışmaqda davam edir. Uzun müddətdir ki, bir-birimizi yaxından tanıyırıq. Ona güvənim böyükdür".