UEFA “Bavariya” və “Sevilya” arasında keçirilən Superkubok matçından sonra həftənin ən yaxşı oyunçusunu açıqlayıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün ən yaxşısı Münhen klubunun qapıçısı Manuel Noyer olub. Belə ki, 34 yaşlı qolkiper qarşılaşma ərzində komandasını 4 dəfə qoldan xilas edib.
Qeyd edək ki, “Bavariya”-“Sevilya” matçında alman klubu qalib gələrək, UEFA Superkubokunu qazanıb.