Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonun  "Estadio da Luş" stadionundakı final matçında Fransanın PSJ klubu Almaniya "Bavariya"sı ilə qarşılaşıb.

Qarşılaşma Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. 

Çempionlar Liqası, final

23 avqust

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya) 0:1

Qol: Kinqsli Koman, 59

Baş hakim: Daniele Orsato (İtaliya) 

"Estadio da Luş" stadionu.