"Monako" klubunun üzvü Henri Onyekurunun “Qalatasaray”a keçidi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Nigeriya yığmasının üzvünü icarəyə götürüb. O, mövsümün sonuna qədər "sarı-qırmızılar"da çıxış edəcək. Onyekuru yeni klubunda 70 nömrəli formanı geyinəcək. "Qalatasaray" bu keçid üçün "knyazlıq klubu"na 750 min avro təzminat ödədiyini də açıqlayıb.
Qeyd edək ki, Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb.