Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Sevilya" Krasnodar şəhərində eyniadlı komandanı 2:1 hesabı ilə məğlub etməyi bacardı.
Oyuna əlavə olunmuş 5-ci dəqiqədə rusların qapısına yol tapan Munir Əl-Həddadi klubun tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, indiyə qədər "Sevilya"nın Çempionlar Liqası tarixində heç bir futbolçu 95-ci dəqiqədə fərqlənməmişdi. Bu isə o deməkdir ki, Munirin qolu ÇL-də ən gec vurulan qol kimi tarixdə qalacaq. Təbii ki, bu göstərici yenilənməyənə qədər.