Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk oyun "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi üçün əlamətdar olub.
Offsideplus.az-ın məlumatına görə, fransalı futbolçu Münhen klubunun heyətində yubiley görüşünə çıxıb.
Oyuna ehtiyatdan başlayan Riberi 81-ci dəqiqədə Kinqsli Komanı əvəz edib. Bununla o, "Bavariya"nın heyətində avrokuboklarda 100-cü oyununa çıxıb. 36 yaşlı ulduz futbolçu bu qarşılaşmalarda aktivinə 21 qol yazdırıb.
Qeyd edək ki, "Liverpul" - "Bavariya" görüşü qolsuz bərabərliklə nəticələnib.