“Şandun Lunen” Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə turnirin mətbuat katibliyi məlumat yayıb. Çin təmsilçisinin Asiya Çempionlar Liqasından uzaqlaşdırılmasının səbəbi klubun maliyyə feyr-pleyi qaydalarını pozmasıdır.
Qeyd edək ki, Federasiya kubokunu qazanaraq, turnirdə iştirak etmək hüququ qazanan “Şandun Lunen”in əvəzinə yeni mövsümə başqa komanda qatılacaq.