İdmançımız lisenziya xarakterli yarışda bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü Orxan Kərimov (BC-2) çexiyalı Josef Zabkanı məğlub edərək Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında bürünc medala sahib olub.


Qeyd edək ki, digər idmançılarımız Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) bu gün finalda yarışacaqlar.