Qadın həndbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi oyunlara hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Çingiz Əzimovun rəhbərliyi ilə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır. Yığma Pireney təmsilçisi ilə hər iki matçını rəqib meydanında keçirəcək. 

Matçlar noyabrın 3-ü və 5-də Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunacaq.