Dünya futbolunda daha bir rüşvət qalmaqalı yaşanıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Qana Futbol Federasiyasının prezidenti Kuesi Nyantayki rüşvət qalmaqalı ilə bağlı postundan istefa verib. Son günlərdə haqqında çıxan iddialar qarşısında ölkə prezidenti Nano Akufo-Addo ilə görüşən federasiya prezidenti istefa verdiyini rəsmən bəyan edib.
Həmçinin o, bir çox dövlət rəsmilərindən və azarkeşlərdən buna görə üzr istəyib.