UEFA-ya üzv olan daha bir ölkədə çempion müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, İsrail çempionatının XXXIV turu qızıl medalların taleyinə aydınlıq gətirib.
Beyer-Şeva “Hapoel”i sona iki tur qalmış 1-ci yeri təmin edib. Öz meydanında Tel-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan lider ən yaxın izləyicisinin xal itkisindən yararlanıb.
Belə ki, 2-ci yerdə qərarlaşan “Beytar” səfərdə “Bney Yehuda”nı yenə bilməyib. Bunun nəticəsində 74 xala malik “Hapoel” əlçatmaz olub. “Beytar”ın isə 67 xalı var.
Bununla da Beyer-Şeva təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanıb. İsrail çempionu yarışa I təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, “Hapoel” ardıcıl 3-cü, ümumilikdə 5-ci çempionluğunu bayram edib.