Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində başlayacaq.

Offsideplus.az xəbər verir ki, əvvəlcə qadınların yarışında "Azərreyl"lə "Abşeron" üz-üzə gələcək.

Bu görüşün ardından açılış mərasimi olacaq. Daha sonra kişilərdən ibarət komandalar - “Lokomotiv”lə “Neftçi” qarşılaşacaq.

Qeyd edək ki, qadınların Superliqasında "Azərreyl", "Abşeron", "Lokomotiv", "Mübariz", UNEC və Gürcüstan yığması mübarizə aparacaq. Kişilər arasında Yüksək Liqada isə "Lokomotiv", "Neftçi", "Azərreyl", MOİK, "Xilasedici", "Sərhədçi" və Gürcüstan millizi çıxış edəcək.