Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Böyük Dəbilqə turnirinə start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramova qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.