Yunan-Roma güləşçimiz Həsrət Cəfərov dünya çempionatının bürünc medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı idmançımız  67 kq çəki dərəcəsində türkiyəli Murat Fıratla üzləşib. O, 8:2 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olub.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov isə bürünc medal qazanıb.