Daha bir azərbaycanlı boksçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib. 5:0 hasablı qələbəyə sevinən Çələbiyev 1/8 finala yüksəlib. 

Həmyerlimiz1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq