Boks millimizin üzvü Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/8 final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanla qarşılaşıb.

Rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edəb Sotomayor 1/4 finala yüksəlib.