Taekvondoçumuz Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda İsrail təmsilçisi Oleksandr Filippova  qalib gəlib.

Növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələn idmançımız ən azı bürünc medalı özü üçün təmin edib.