Tanınmış döyüşçülər Konor Makqreqor və Donald Serronenin sosial şəbəkə vasitəsilə maraqlı dialoqu yaşanıb.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, onlar bir-birilərinə içki təklif ediblər. 

Serrone "Budweiser" pivə şirkətinin reklam üzüdüsə, Makqreqor " Proper Twelve" viski firmasının sahibidir.

Konor ötən həftə Aleksandr Ernandeslə döyüşdən qalib ayrılan Donalda bu mesajı yazıb: "Belə bir döyüşə görə, səninlə mübarizə aparmağa hazıram". Həmkarının cavabı isə özünü çox gözlətməyib: "Narahat olma, Konor, mətbuat konfransında səninlə "Proper Twelve" içəcəm. Həmçinin sənə "Budweiser" gətirəcəm".

Makqreqor "Bu, şənlik kimi səslənir" yazaraq "söz davası"na son qoyub.