Yeni mövsümə hazırlaşan "Beşiktaş" heyətini bir neçə futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "qara qartallar" Mats Hummels və Mario Hermoso ilə danışıqlar aparır.
Klubun vitse-prezidenti Hüseyn Yücel yerli mətbuata açıqlamasında hazırda razılığın əldə olunmadığını deyib.
Xatırladaq ki, hər iki futbolçu hazırda klubsuzdur. Hummels son olaraq "Borussiya"da, Hermoso isə "Atletiko"da forma geyinib.