"Beşiktaş" klubunun 3 futbolçusu zədələnib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları Jan Onana və Yakup Arda Kılıç "Sakaryaspor"la keçirilən yoxlama matçında zədələnib. 

Milot Raşitsa isə Kosovo millisinin məşqində sıradan çıxıb. Hər üç oyunçunun müalicəsinə başlanılıb.

Onana və Raşitsanın 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.