Türkiyənin "Beşiktaş" klubu futbolçusu Yakub Arda Kılıçla yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı müdafiəçinin sözləşməsi 3 illik nəzərdə tutulub.

"Beşiktaş"ın yetirməsi olan gənc futbolçu İstanbul klubunun əsas komandasında 2 oyun keçirib. O, 2015-ci ildən "Beşiktaş"dadır.