Türkiyənin Super Liqa təmsilçisi “Beşiktaş”ın ulduz futbolçusu Vinsent Abubakar klubun tarixinə keçib.

Offsideplus.az xəbər verir ki, kamerunlu futbolçu İstanbul klubunun ən çox qal atan ikinci legioneri olub.

31 yaşlı ulduz Super Liqanın 7-ci həftəsində “Konyaspor”a qol atmaqla bu uğura nail olub. Abubakar qollarının sayını 43-ə çatdırıb və 42 qolla ikinci sırada olan Filip Holoskonu geridə qoyub. “Qara qartallar”ın ən çox qol atan xarici futbolçusu isə 57 qolla Bobodur.