Səudiyyə Ərəbistanının "Əl-Tavoun" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, Pro Liqa təmsilçisi, "Bolonya"dan Musa Barrovu transfer edib.

SƏ klubu sözügedən futbolçu üçün 6,2 milyon avro ödəyib.

Qeyd edək ki, Musa Barrov ilə "Beşiktaş" da yaxından maraqlanırdı.