“Fənərbağça” iki əcnəbi üçün komanda axtarır.
Heyətində 15 əcnəbi olan və 6 nömrənin transferi üçün xaricdə axtarışlarını davam etdirən "Fənərbağça"nın iki legionerlə yollarını ayırması gözlənilir.
Offsideplus.az xəbər verir ki, "sarı-göylər"in komandadan uzaqlaşdırılacaq 2 addan birinin Miçi Batşuayi olacağı gözlənilirdi. Lakin belçikalı "Nothingham Forest" ilə razılaşa bilməyib və komandada qalacağını açıqlayıb.
Digər namizəd isə Migel Krespodur. İllik 500 min avro qazanan portuqaliyalı futbolçuya ölkəsi ilə yanaşı İspaniya və İtaliyadan da təklif gəlib. Krespo 1,7 milyon avro maaş gözlədiyi üçün bu təklifləri geri çevirib.