"Qalatasaray" mayın 31-də müqaviləsi başa çatan Fatih Terimlə yeni müqavilə bağlayacaq.
Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, "Cim-Bom" 68 yaşlı mütəxəssislə 3 illik anlaşma imzalamağı planlaşdırır. İstanbul təmsilçisinin yeni prezidenti Burak Elmas Terimin istədiyi transferləri həyata keçirməyə çalışacaq.
İmzalama mərasiminin iyunun 23-də təşkili planlaşdırılır.