Mesut Özillə ümumi razılığa gəlib, imza gününü gözləyən "Fənərbağça" rəhbərliyi digər keçidlərin həllinə çalışır.
Bu gün hər kəsi maraqlandıran sual "Real", "Arsenal", Almaniya millisi kimi komandaların formasını geymiş ünlü simanın Türkiyədə nə qədər qazanacağıdır. Türkiyəli həmkarlarımız kiçik araşdırma ilə sualın cavabını tapıb.
Offsideplus.az xəbər verir ki, "Arsenal"a yaya qədər sözləşməsi olan futbolçu London təmsilçisindən 2,5 milyon avro alacaq. "Fənərbağça" ilə müqavilə bağlayacağı gün isə "imza parası" kimi söz verilən 2,5 milyon avro hesabına köçürüləcək. Mesutun illik qazancı isə 5 milyon avro təşkil edəcək. Üstəlik, əlavə mükafatlar və bonuslar.
Bu o deməkdir ki, "Fənərbağça" Özilə 3,5 il üçün 17,5 milyon avro ödəyəcək.