Pep Qvardiola Vinisius və Erlinq Haalandın "Qızıl Top" mükafatına namizədliklərini müqayisə edib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi bu sözləri deyib:
"Vini "Qızıl Top"u qazana bilərdi, buna layiq idi. Ötən mövsüm Erlinq Haaland kimidir, o da qazana bilmədi. Erlinq də oradaydı, xoşbəxt idi. Messini təbrik etdi və bax belə. Gələn mövsüm qazanmaq üçün çalışacağıq".