“Mançester Siti”nin futbolçusu Julian Alvares komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Arsenal" və "Çelsi" maraqlıdır.
"Şəhərlilər" 90 milyon avro qarşılığında onu satmağa razıdır.
Daha əvvəl onun "Atletiko"ya keçə biləcəyi iddia olunurdu.
24 yaşlı hücumçunun Premyer Liqa klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.