"Məncə, Lampard doğru seçimdir və o, "Çelsi"də yaxşı işlər görəcək".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti "zadəganlar"la Çempionlar Liqası oyunundan öncə keçirilən mətbuat konfransında deyib. O, adının "Çelsi" ilə hallanması barədə danışıb:

"Çelsi"yə baş məşqçi olaraq qayıtmağım? Xeyr. Məncə, Lampard doğru seçimdir və o, "Çelsi"də yaxşı işlər görəcək. "Çelsi" ilə bağlı fantastik xatirələrim var. Bu klubu dəstəkləyirəm, lakin ora dönməyəcəm".

Qeyd edək ki, Frank Lempard cari mövsümün sonunadək "Çelsi"nin müvəqqəti baş məşqçisi təyin olunub.