"Tottenhem" klubu İvan Perişiçin transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Xorvatiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
Son klubu İtaliya "İnter"i olan 33 yaşlı yarımmüdafiəçi "Tottenhem"ə azad agent statusu ilə keçib.
Qeyd edək ki, İvan Perişiç ötən mövsüm "İnter"də 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.