Futbol üzrə İngiltərə Premyer Liqasında əvəzetmə qaydasında dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, növbəti mövsümdən komandalar oyun zamanı 5 əvəzetmə edə biləcəklər.
"Dumanlı Albion" klubları bununla bağlı bugünkü yığıncaqda razılığa gəliblər.
Premyer Liqada koronavirusla bağlı sağlamlıq protokolunda da dəyişiklik olunub. Futbolçular həftədə iki dəfə test verməyəcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında hazırda 3 əvəzetmə qaydasından istifadə edilir.