“Qalatararay”ın baş məşqçisi Fatih Terim “İmperator” ləqəbi ilə tanınır.

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis bu ləqəbi məşqçi kimi qazanıb. Futbolçu kimi ləqəbi isə “Samanta” imiş.

Rıdvan Dilmen bu ləqəbin verilmə səbəbini belə açıqlayıb:

“Fatih Terimin ləqəbi “Samanta” idi. 70-lərin məşhur serialı “Tatlı Cadı”dan (Şirin cadugər) gəlir. Fatih hoca futbolçu ikən libero (qapıçı ilə öz müdafiəçiləri arasındakı oyunçu) idi. Xəttən top çox çıxarırdı. Ləqəb bu səbəbdən verilmişdi. “Tatlı Cadı” deməkdir".