Bu gün Olimpiya Oyunlarında Azərbaycanın daha 7 idmançısı mübarizəyə başlayacaq

Offsideplus.az xəbər verir ki, həmçinin 3x3 basketbol millimiz də turnirə start verəcək. Komadamızın rəqibi İspaniya olacaq. 

Günün proqramını təqdim edirik:

10:45. Triatlon, kişilər

Rostislav Pevtsov

11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 finalda mübarizəni dayandırıb.

12:00. Cüdo, kişilər, 81 kq

Azərbaycanlı cüdoçu Zelim Tçkayev Olimpiya Oyunlarında fransız idmançı Umar Alfa Djaloya məğlub olaraq mübarizəni dayandırdı.

13:00. Üzgüçülük, kişilər, 200 m, batterflyay

Təsnifat mərhələsi

Ramil Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.

Ümumilikdə 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala vəsiqə qazanmağa çalışıb. Yekunda o, ilk "16-lığ"a düşə bilməyib və mübarizəni dayandırıb.

17:30. Boks, kişilər, 51 kq

1/8 final

Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

18:34. Boks, kişilər, 80 kq

1/8 final

Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)

20:11. Kamandan oxatma, qadınlar

1/32 final

Yaylagül Ramazanova - Qixuan An (Çin)

23:00. Basketbol 3x3, qadınlar

İspaniya – Azərbaycan