Uzun illərdir "Fənərbağça"nın uğurları üçün çalışan Hasan Ali Kaldırım klubdan gedir.
Offsideplus.az "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, "sarı larcivərtlilər"lə müqaviləsinin müddəti bitən futbolçu Superliqanın qalan 8 turunda forma geyinməyəcək.
Bunun ardınca Türkiyə mətbuatında təcrübəli oyunçunun hansı kluba gedəcəyi barədə maraqlı yazılar dərc edilib.
Belə ki, 30 yaşlı sol cinah müdafiəçisinin adı "Qalatasaray"la hallanır. Daha əvvəl də Kaldırımın "Fənərbağça"nın əzəli rəqibinə gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, sözügedən futbolçu 2012-ci ildən "Fənərbağça"da çıxış edir.