Avropa çempionatının seçmə mərhələsində, martın 11-də saat 18:00-da ASK Arenada Polşa yığması ilə qarşılaşacaq qadınlardan ibarət Azərbaycan milli komandası oyuna hazırlıqlarını davam etdirir.

Offsideplus.az-a açıqlama verən komandamızın üzvü Aysun Əliyeva məşq prosesini dəyərləndirib:

“Toplanış əla keçir. Səhvlərimiz və çatışmayan cəhətlərimiz üzərində işləyirik. Ən böyük əskikliyimiz komandanın gənc və təcrübəsiz olmasıdır. Bundan başqa hər şey əladır”.

Yığmamızın hücumçusu Polşaya asan təslim olmayacaqlarını bildirib:

“Baş məşqçinimizin verdiyi tapşırıqları bacardığımız qədər yerinə yetirməyə çalışacağıq. Çalışacağıq ki, Polşaya asan yem olmayaq”.