Bu gün Misli Premyer Liqasında 21-ci turun daha iki oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, günün hər iki matçı bərabərliklə bitib. Əvvəlcə "Turan Tovuz" “Səbail”i qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
Günün ikinci matçında isə “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb. Oyunun 10-cu dəqiqəsində "kimyaçılar"ın oyunçusu Rövlan Muradov penaltidən fərqlənə bilməyib.
Qeyd edək ki, tura sabah Zirədə yekun vurulacaq.
Misli Premyer Liqası
21-ci tur
1 fevral
16:00. “Turan Tovuz” 1 - 1 “Səbail”
Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta, 82 (1:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu.
18:30. “Sumqayıt” 0 - 0 “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu