"Flamenqo"ya transferi rəsmiləşən Juninyo "Qarabağ"la vidalaşıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu sosial şəbəkə hesabında "Qarabağ" ailəsinə bu sözlərlə vida edib:
"Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim? Mənim ölmüş xəyallarımı yenidən diriltdiniz. Bura gələndə bütün qəlbimlə sevdiyim insanlardan eşitdim ki, karyeram məhv olub, sizi təmsil etdiyim üçün bitmişəm və bir də heç vaxt futbolda böyük şanslarım yaranmayacaq... Lakin həmişə Tanrıya güvənmişəm. İşimi, ailəmi, mənim yaxşılığımı istəyən inanları, həyatımı hər zaman Tanrıya həvalə etmişəm. Tanrı ədalətlidir...
Bu böyük klubda çalışan hər kəsə, məşqçilərimə, rəhbərliyə, oyunçulara, aşpazlara təşəkkürümü bildirirəm. Çünki sizin hər birinizin mənim uğurumda rolu olub və hamınızı qəlbimdə daşıyacam.
"Qarabağ", yaşatdığın hər an üçün çox sağ ol, hər şans, hər göz yaşı və hər sevinc üçün təşəkkür edirəm. Bunlardan çox yaşadım.
Mənim üçün futbol dünyasına qapı açdın, səni və mənə inananları layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəm. Çünki indi məni belə çağırırlar: "Qarabağ"dan, Azərbaycandan gələn Juninyo. Bundan necə də qürur duyuram! Hər şey üçün çox sağ olun! Sizə dünyadakı bütün uğurları arzulayıram".