"Sabah"ın hücumçusu Pavol Şafranko karyerasını Cənubi Afrika Respublikasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, adıçəkilən ölkənin mətbuatı forvardla bağlı məqalə hazırlayıb. 30 yaşlı hücumçunun Misli Premyer Liqasının 18-ci turunda "Şamaxı" ilə matçda fərqlənməsi xüsusi qeyd olunub. Şafrankonun 9 oyunluq qol həsrətinə son qoyduğu bildirilib.
Hücumçu bu ölkədə “Mamelodi Sandaunz” klubunda çıxış edib. Həmkarlarımız Şafrankonun yenidən Cənubi Afrika Respublikasında çıxış etmək variantının olduğunu da qeyd ediblər.
Qeyd edək ki, forvardın "Sabah"la 2026-cı ilə qədər müqaviləsi var.