"AZ Alkmaar" və Hollandiya U15, U16, U17 yığma heyətində çıxış edən Yusuf Barası milli komanda seçimini edib.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu bundan sonra Türkiyə millisində çıxış etməyi planlaşdırır. Yusuf Türkiyə Milli Komandası rəhbərliyi ilə keçirdiyi uzun danışıqlardan sonra Hollandiyanın yerinə ay-ulduzluları tərcih edib.

Qeyd edək ki, qərarın ardından dərhal U21 yığma heyəti üçün namizədlərə daxil olunub.