Futbol üzrə Türkiyə milli komandası ciddi itkilərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, “ay-ulduzlular”ın heyətində yarımmüdafiəçi Orkun Kökçü və müdafiəçi Mert Çetin zədə alıb. Onlar bu səbəbdən UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Rusiyaya qarşı oyunu buraxacaqlar.
Qeyd edək ki, Türkiyə millisi noyabrın 15-də doğma meydanda Rusiya yığmasıyla qarşılaşacaq.