Bu gün UEFA Millətlər Liqasında III turun oyunları baş tutacaq.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Podqoritsa şəhər stadionunda Monteneqro yığması ilə qarşılaşacaq. C Liqası üzrə baş tutacaq Monteneqro - Azərbaycan matçı saat 17:00-da başlayacaq. 

Qeyd edək ki,  Monteneqro Kipr (2:0) və Lüksemburq (1:0) ilə görüşlərin hər ikisində qalib gəlib.

Yığmanın əsas üzvlərindən hesab edilən Mahir Emreli zədə səbəbindən oyunu buraxacaq. Rəqibin heyətində isə Stefan Saviç cəzalıdır.

          YEKUN

Monteneqro 2-0 Azərbaycan

9' Stevan Yovetic (1:0)

71' I.Ivanovic (2:0)

 

10 oktyabr

UEFA Millətlər Liqası
C liqası, III tur
1-ci qrup
17:00. Monteneqro – Azərbaycan
Hakimlər: 
Rikardo de Burqos Benqoeçea, Roberto del Palomar, Pau Sebrian Devis, Xavyer Estrada Fernandes (hamısı İspaniya)
Podqoritsa. Şəhər stadionu.